Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 15:12

Regionda AİDS-ə yoluxanların 90 faizi Rusiya və Ukraynanın payına düşür

Son 5 ildə dünyada HİV/AİDS virusuna yoluxma halları 19 faiz azalıb. Amma hələ də milyonlarla vurusa yoluxmuş şəxsin lazımi dava-dərmana çatımı yoxdur. BMT-nin AİDS-lə mübarizə agentliyinin yaydığı bu günkü hesabatda belə deyilir.

Hesabata görə, ötən il 1.8 milyon nəfər AİDS üzündən dünyasını dəyişib. Dünya üzrə HİV/AİDS virusuna yoluxanların sayı azalsa da Şərqi Avropa və Mərkəzi Asiyada bu artıb. Yeni yoluxma hallarının 90 faizi Rusiya və Ukraynanın payına düşür.
This item is part of
XS
SM
MD
LG