Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Universitetdən qovulan tələbənin vəsatəti təmin edilmədi


Ali Məhkəmə Azərbaycan Dövlət Neft Akademiyasından qovulan tələbə Elmin Bədəlovun ali məktəbə bərpa edilməsi ilə bağlı vəsatətini təmin etməyib. Noyabrın 23-də keçirilən məhkəmə prosesində Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin məsələ ilə bağlı qərarlarını qüvvədə saxlayıb.

Elmin Bədəlovun vəkili Elçin Sadıqov bu qərardan Konstitusiya Məhkəməsinə şikayət verəcəklərini bildirib.

E. Bədəlov mediada Neft Akademiyasındakı rüşvət faktları ilə bağlı məqaləsindən sonra ali məktəbdən xaric edildiyini iddia edir. O, Azərbaycanda hüquqları bərpa edilməsə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyinin bildirib.

Bu arada bu gün «Dalğa» Gənclər Hərəkatı Ali Məhkəmənin binası qarşısında aksiya keçirib, Elmin Bədəlovun ali məktəbə bərpa edilməsi tələb ediblər.
XS
SM
MD
LG