Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:42

Piter Semnebi bloqqerlərlə görüşüb


Bloqqerlər azadlıqda
Bloqqerlər azadlıqda
Noyabrın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi həbsdən buraxılmış bloqqerlər Adnan Hacızadə, Emin Milli və onların ailə üzvləri ilə görüşüb.

Görüşdə Adnan Hacızadənin vəkili Elton Quliyev də iştirak edib.

Adnan Hacızadənin atası Hikmət Hacızadə AzadlıqRadiosuna görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldığını bildirib:

«Cənab Semnebi bloqqerləri təbrik etdi. Biz isə ona təşəkkürlərimizi çatdırdıq. Cünki, düşünürük ki, Adnanla Eminin cəzadan azad edilməsində beynəlxalq qurumların da əməyi danılmazdır».

Hikmət Hacızadənin sözlərinə görə, görüşdə Azərbaycandakı söz azadlığının durumu, eləcə də bloqqerlərin bundan sonrakı fəaliyyətləri də müzakirə edilib.

Adnan Hacızadə noyabrın 18-də, Emin Milli isə ondan bir gün sonra cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər. Bloqqerlər ötən il xuliqanlıq ittihamıyla tutulmuşdular. Dünya ictimaiyyəti hər iki həbsi pisləmişdi.

Bakıda səfərdə olan Piter Semnebi AzadlıqRadiosuna ekskluziv müsahibə verib. Ətraflı müsahibəni gün ərzində saytımızda oxuyun.
XS
SM
MD
LG