Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Daha bir azərbaycanlı zəvvar dünyasını dəyişdi


Məkkədən Həcc ziyarətindən Vətənə qayıdan zəvvarlardan biri yolda dünyasını dəyişib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, 1942-ci il təvəllüdlü Mafi Həmzə oğlu Nəzərov avtobus karvanı Suriyada olarkən ürək tutmasndan dünyasını dəyişib.

Rəhimə xanımın sözlərinə görə, o Şamaxı rayon sakinidir. Zəvvar xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Onun sözlərinə görə, Mafi Nəzərovun cənazəsinin təyyarə vasitəsilə Azərbaycana gətirilməsi üçün Türkiyə Hava Yolları ilə danışıqlar aparılıb.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə ümumilikdə 46 avtobus və 4 təyyarə reysi ilə 2000 nəfər yola düşüb. Həcc ziyarətinə gedən zəvvarlardan biri Suriyada, digəri isə Məkkədə dünyasını dəyişib. Bir nəfər isə psixi xəstəliyə tutulduğu üçün Suriyada xəstəxanaya yerləşdirilib.
XS
SM
MD
LG