Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 21:14

Gələn ildən Əfqanıstanda nəzarət yerli qüvvələrə veriləcək

NATO-nun Lissabon sammitində artıq 2011-ci ildən ordunun Əfqanıstanın bir sıra əyalətlərindən çıxarılmasına başlanması barədə qərar qəbul olunub.

NATO-nun komandanlıq etdiyi beynəlxalq koalisiyada iştirak edən 48 ölkə, 2014-cü ilin sonunadək təhlükəsizliyə görə cavabdehliyi tam yerli qüvvələrə vermək razılığına gəliblər.

Amma 2014-cü ildən sonra da Əfqanıstanda xarici qüvvələr saxlanılacaq.

NATO-nun baş katibi Andres Foq Rasmussen bildirib ki, bu qüvvələr Əfqanıstanda düşməni tam məğlub etmək üçün qarşıya qoyulmuş tapşırığı yerinə yetirmək üçün qalacaqlar.
This item is part of
XS
SM
MD
LG