“Allah qayıdır?!” romanını tamamlayan Zümrüd Yağmur artıq ikinci romanını da bitirmək üzrədir. Yazar deyir ki, “Qadın olmaq” adlandırdığı romanı 2011-ci ilin ilk aylarında çap olunacaq:
- Əsər qadınlar haqqında olsa da feminist ruhda deyil. Romanla qadın olmanın yükünü atmağa çalışmışam.
- Qadın olmaq nədir sualına cavab tapa bildiz?
- Qadın olmaq qadağa və adətlərin, kişilərin, səndən yaşlı olan qadınların əlindəki dəyənəyin altında əzilməkdi, özünü evdə süpürgə, nəsil artırmaq üçün vasitə görən qadınların qadınlığın nə olduğunu bilmədən yaşamasıdır qadın olmaq.
- Obrazlarınız kimlərdir?
- Demək olar, hamısı tanıdığım qadınlardır. Baş qəhrəmanımın adı Yağmurdur.
Ancaq bu mənim obrazım deyil. Romanda Türkan, İlahə, Şölə, İlahə adlı obrazlar da var.
İddialı da görünsə, deyim ki, bu gün Azərbaycanda nə qədər qadın tipi varsa, onların hamısının obrazını yaratmağa çalışmışam. Azərbaycan qadınının mahiyyətində sanki bir bədbəxtlik var.
Bu da qadın psixologiyasında zədələr yaradır.
Obrazların köməyilə bu psixoloji məqamları açmağa çalışmışam. Roman bütünlükdə asilərlə üzüyolaların qarşıdurmasıdır.
- Bəs Azərbaycan qadınlarının “başımın tacı” dedikləri kişilər? Romanda kişi qəhrəmanlarınız yoxdur?
- Var. Onlar qadınların bədbəxtliyin üç səbəbindən biridir.
- Kişiləri qadın bədbəxtliyinin səbəbi kimi göstərirsiz, həm də əsərinizin feminist ruhda olmadığını deyirsiz. Bir qədər ziddiyyətli görünür...
- Əslində kişilər qadın bədbəxtliyinin üç səbəbindən ikincisidir.
Birinci səbəb qadınlar, üçüncü səbəb isə adətlərdir. Bizdə çox zaman güman edirlər ki, qadınları əzən kişilərdir. Ancaq bir qızı evdə atasından çox anası əzir.
Qadınlar qadınları əzəndə, bir qayda olaraq adətlərə söykənir.
- Adətlərdə bəyənmədiyiniz nələrdir?
- Gördüyüm odur ki, adətlərimiz kişiləri də, qadınları da bədbəxtliyə sürükləyir. Paklıq rəmzi su da durğun olanda çirkaba çevrilir. Məncə, adətlər də yenilənməlidir.
- Qadınların, kişilərin, adətlərin sürüklədiyi bəşəriyyət qadınla yüksələ bilərmi, sizcə?
- Qadın cinsəlliyi ilə deyil, şəxsiyyəti ilə önə çıxarılmalıdır. Bu gün qadın manikenləşdirilib.
Dünyanın bir tərəfində qadın əyləncə, bir tərəfində isə doğum aparatına çevrilib. Qadına həm cəmiyyətin, həm də qadınların özlərinin münasibətində qeyri-əxlaqilik var.
Belə yerdə yüksəlişdən söhbət gedə bilməz.
- Orta statistik Azərbaycan qadınının ümumi ovqatı necədir sizcə?
- Yaşı 40-ı keçən qadınlar kişilərə bank hesabı kimi baxır. Onlar deyir ki, kişi evi dolandırırsa, kənarda nə edir, etsin. Özünü daha çox gəlin olmağa hazırlayan qızların da ənənələrə, tabulara asi olan qızlara münasibəti mənfidir.
Eynən yaşlı qadınlardakı kimi. Bu gün Azərbaycan ailəsində qadınlar öz tənhalığına, yorğunluğuna, analığına, kişilərsə çayxanalara çəkilib. Ailə obrazımızın faciəvi tablosu budur.
- Sizcə, bu gün Azərbaycan cəmiyyətində hansı tip qadınlar özlərini daha rahat, daha xoşbəxt hiss edir?
- Heç biri. Asilərin hərəkətlərində, davranışlarında bir kişiyanalıq var. Onlar kişi kimi geyinir, kişilərin hərəkətlərini sanki təqlid edir. Bu onların içərisindəki etirazın formasıdır, ancaq mənə görə yanlış formasıdır.
Qadın öz zərafətində gözəldir. Adətlə yaşayanların isə ömürləri qadın olmalarını bilmədən keçir. Onlar sanki qadınlıqdan qorxub qadınlıqdan imtina edirlər.
Qadın ehtiras və hisslərini ailəsində ortaya qoymaq gücündə olmalıdır. Azərbaycan qadını isə ailə qurandan 1 il sonra yaxşı sevgili ola bilmək rolundan çıxırlar, ana olmaq obrazına girirlər.
Bu Azərbaycan qadınının ən böyük naqisliklərindəndir. Çünki ailə üçbucaqdır – dostluq, yaxşı məşuq, sevgili ola bilmək və valideynlilk.
Heç kim danmasın ki, gözəl ailədə birinci yerdə dostluq və gözəl sevgili olmaq dayanır. Azərbaycan ailələrinin 80-90 faizi bu hisslərdən məhrum şəkildə yaşayır.
Kişi bank hesabıdır, qadın da evdə süpürgə. Bu da sonucda həm qadında, həm kişidə bədbəxtlik duyğusu yaradır.
- Bəlkə kişilər qadınlardan Həvvanın Adəmə verdiyi almanın heyfini çıxır? Dünyanın bu vaxtında bank hesabı olmaq o qədər də arzuolunan durum deyil, məncə.
- Kişilər qadınlardan qadın olmağı anlamamalarının qisasını ala bilərlər.