Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

İsrail ABŞ-ın təklifini nəzərdən keçirir


İsrail hökuməti ABŞ-ın təklifi ilə Qərb sahilində yaşayış məntəqələri salmağı dayandırmağı nəzərdən keçirir. Prezident Barak Obama İsrail rəhbərliyinin 90 gün müddətinə tikintini dayandırmaq çağırışını alqışlayıb.

Belə bir çağırışı İsrailin baş naziri Benyamin Netanyahu edib.

Fələstinlə İsrail arasında sülh danışıqları sentyabrda tikintiyə qoyulan moratorium bitəndən sonra dayanıb.

Plana görə, Vaşinqton BMT-nin İsrailə qarşı tənqidi qətnamənin qarşısını alacaq və 3 milyard dollarlıq döyüş təyyarəsi ilə təchiz edəcək.

Həmçinin Vaşinqton İsraildən moratoriumu yeniləməsini istəməyəcək. Gözlənilir ki, İsrail kabineti ABŞ-ın təklifini bu həftə sonu təsdiqləyəcək.
XS
SM
MD
LG