Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:49

Gəncədə 10 ayda 515 cinayət qeydə alınıb


Gəncə şəhər polis idarəsi cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərlə bağlı 10 aylıq hesabatı açıqlayıb.

AzərTAc-ın idarə rəisinin müavini İlqar Balakişiyevə istinadən verdiyi məlumata görə, 10 ay ərzində şəhərdə 515 cinayət faktı qeydə alınıb.

Rəis müavini baş vermiş cinayətlərin 96 faizinin açıldığını bildirib.

İlqar Balakişiyev narkomaniyaya qarşı mübarizədə xeyli irəliləyişə nail olunduğunu deyib. Onun sözlərinə görə, on ay ərzində 19,5 qram heroin, 35,3 qram həşiş, 130 kiloqramdan artıq yaş, 76 kiloqram isə qurudulmuş halda maraxuana aşkar olunaraq məhv edilib. Göstərilən faktlarla bağlı isə 80-dən artıq cinayət işi açılıb. 10 ay ərzində iki oğru dəstəsi tutulub.

Bundan başqa, müxtəlif cinayətlər törədib istintaqdan yayınan157 nəfərdən 110 nəfəri tutularaq istintaqa cəlb olunub.
XS
SM
MD
LG