Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 03:48

Türkmənistanın Azərbaycandakı səfiri vəfat edib


Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov vəfat edib.

Bu barədə «APA»ya diplomatın xanımı Bibisara Məmmədova məlumat verib.

Bir il əvvəl qara ciyərindəki problemlə bağlı İstanbulda əməliyyat olunan 40 yaşlı səfir Bakıda vaxtaşırı müayinədən keçirmiş.

Son günlər səhhətində yaranmış problemlərə görə Almaniyaya aparılan diplomat elə orda da vəfat edib.

Alman həkimlər diplomatın böyrəklərində ciddi problemin olduğunu aşkar ediblər. Səfirin ölümünə səbəb də böyrəklərin fəaliyyətini dayandırması olub.

Onun cənazəsi noyabrın 13-ü Almaniyadan Aşqabada aparılacaq.
XS
SM
MD
LG