Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:11

Tapılan mərmilər xüsusi əraziyə aparılıb


Noyabrın 11-də Səbayel rayonu ərazisində teleqüllənin yaxınlığında aşkarlanan mərmilər xüsusi əraziyə aparılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 1700 ədəd döyüş başlığı olmayan 125mm zirehli texnika əleyhinə çapaltı mərmilər xüsusi nəqliyyat vasitəsilə mütəxəssislərin müşayəti altında xüsusi ayrılmış əraziyə gətirilib.

Hazırda sursatların aşkarlandığı ərazidə nazirliyin və müvafiq qurumların mütəxəssisləri axtarış işlərini davam etdirir. Bu ərazi hasarlanıb.

Mərmilərin ərazidə nə vaxt və necə basdırılması haqqında isə məlumat verilmir.

XS
SM
MD
LG