“Azərbaycan məhkəmələri öz işlərində hansısa problemləri varsa, aradan qaldırmalıdırlar”.
Bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki təmsilçisi Xanlar Hacıyev bildirib.
Noyabrın 12-də jurnalistlərə açıqlamasında Xanlar Hacıyev deyib ki, Eynulla Fətullayevlə bağlı qərarla şəxsən tanış olmasa da bunu müsbət dəyərləndirir.
Xanlar Hacıyevin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan təxminən 1000-ə qədər şikayət daxil olub. Bu şikayətlərin 50-ə qədəri kommunikasiyanı keçib.
Xanlar Hacıyev deyib ki, əslində bu şikayətlərin Azərbaycanın imicinə nə dərəcədə təsir etməsi hüquqi yox, siyasi məsələdir. Ancaq bununla belə məhkəmələrin işindəki problemlərin aradan qaldırılmasına ehtiyac var.