Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:39

Karaçidə törədilmiş partlayışda 18 nəfər ölüb


Pakistanın Karaçi şəhərində törədilmiş partlayışda 18 nəfər ölüb, 130 adam yaralanıb. Partlayışa görə məsuliyyəti talibançılar üstlərinə götürüb.

Noyabrın 11-də minalanmış maşının polis istintaq idarəsinin ətrafında partladılması nəticəsində bina tamamilə dağılıb.

16 milyon əhalisi olan Karaçi Pakistanın mühüm iqtisadi şəhərlərindəndir. Burda Pakistanın əsas fond birjası və dəniz limanı yerləşir.

XS
SM
MD
LG