Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

«Məhkəmələr problemlərini həll etməlidirlər»


«Azərbaycan məhkəmələri öz işlərində hansısa problemləri varsa, aradan qaldırmalıdırlar».

Bunu Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki təmsilçisi Xanlar Hacıyev bildirib.

Noyabrın 12-də jurnalistlərə açıqlamasında Xanlar Hacıyev deyib ki, Eynulla Fətullayevlə bağlı qərarla şəxsən tanış olmasa da, bunu müsbət dəyərləndirir.

Onun sözlərinə görə, təmsil etdiyi qurum keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin işi ilə bağlı Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsi üzrə pozuntular aşkar edilib:

“Avropa Məhkəməsinin bu məsələ ilə bağlı qərarında Fərhad Əliyevlə bağlı istintaqda pozuntular olduğu qeyd edilir”.

Xanlar Hacıyev Fərhad Əliyevin Avropa məhkəməsində daha bir şikayətinin olduğunu da bildirir. O, həmçinin keçmiş səhiyyə naziri Əli İnsanovun işinin də Avropa İnsan Hüquqları Məhkəməsinin icraatında olduğunu deyib:

“Hazırda Avropa Məhkəməsində Azərbaycandan minə qədər şikayət var. Bu şikayətlərin əksəriyyəti məcburi köçkünlər verib. Bir qismi isə ümumi pozuntularla bağlıdır. 50 şikayət Avropa Məhkəməsinin qərar çıxarma mərhələsindədir”.

Xanlar Hacıyev deyib ki, əslində bu şikayətlərin Azərbaycanın imicinə nə dərəcədə təsir etməsi hüquqi yox, siyasi məsələdir. O hesab edir ki, hüquq-mühafizə orqanlarının öz işlərindəki çatışmazlıqları müzakirə edib aradan qaldırmalarına ehtiyac var.
XS
SM
MD
LG