“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 9 noyabr 2010-cu il tarixli qərarı ilə mənim 27 oktyabr 2005-ci il tarixdə tutulmağım zamanı hüquqlarımın pozulması faktı təsdiqlənmişdir. Avropa Məhkəməsinin qərarının “Salayev Azərbaycana qarşı” adlandırılması mənim Azərbaycan dövlətinə qarşı olmağım kimi qiymətləndirilə bilməz”.
Akademik Eldar Salayev Avropa Məhkəməsinin noyabrın 9-da çıxardığı qərarla bağlı açıqlamasında belə deyir. O bildirir ki, heç zaman Azərbaycana qarşı olmayıb və dövlətə münasibətdə özümü qalib hesab etmir:
“Mənəvi ziyanın kompensasiyası ilə bağlı mənim tərəfimdən tələb irəli sürülməmişdi. Fikrimcə, şərəf və ləyaqət heç bir maddi dəyərlə qiymətləndirilə bilməz və mənim Azərbaycan dövlətinə qarşı hər-hansı maddi tələbim yoxdur”.
Eldar Salayev hüquqlarının bərpasına dair qərarın Azərbaycan məhkəmələri tərəfindən deyil, beynəlxalq məhkəmə tərəfindən qəbul edilməsini təəssüf hissi ilə qeyd edir:
“Biz hamimiz bir ananın –Azərbaycanın övladlarıyıq və ümid edirəm ki, haqqı tapdalanmış hər bir Azərbaycan vətəndaşının məhz Azərbaycan məhkəmələrində ədalət tapmaq imkanı olacaq. Həbs edildiyim zaman mənə mənəvi dəstək olmuş bütün şəxslərə bir daha öz dərin minnətdarlığımı bildirirəm”.