“Mənim Eminin səhhəti ilə bağlı narahatlığım var. Allaha yalvarıram ki, bircə Emin vərəmə tutulmasın. Çünki həbsxanalarda vərəmə tutulma ehtimalı yüksəkdir”.
Həbs edilmiş bloggerlərdən biri – Emin Millinin hazırda Amerikada – Nyu-Yorkda olan həyat yoldaşı Leyla Kərimli Azad Avropa və Azadlıq Radioları Korporasiyasının müxbiri Riçard Solaşa müsahibəsində belə deyir.
Onun sözlərinə görə, bütün yayı Azərbaycanda olub və iyundan sentyabra qədər həftədə bir dəfə Eminə baş çəkmək imkanı olub.
Bundan başqa Emin Millinin atası həmin dövrdə vəfat edib və oğula atanın dəfnində iştirak etmək şərait yaradılıb.
Həyat yoldaşı Eminlə yas mərasimində də görüşüb. “Bu görüşün özü də çox kədərli və ironik idi. Belə çıxır ki,
GƏRƏK KİMSƏ ÖLƏYDİ Kİ, BİZ GÖRÜŞƏK”
Leyla Kərimli deyir ki, Emin 100 nəfər başqa məhbusla eyni barakda saxlanır.
“Onlar hamısı siqaret çəkəndir, Emin isə çəkmir. Bundan başqa onun tənəffüs problemləri var...
Barak çox istidir. Mən yayda ona baş çəkəndə gördüm. İçəri elə isti idi ki, adam tər tökür”. Amma Leyla Kərimli deyir ki, təkcə Emin yox, barakdakıların hamısı belə şəraitdə saxlanır.
Onun sözlərinə görə, əri saxlanma şəraiti haqda onlara çox danışmayıb, çünki güman ki bununla ailə üzvlərini daha da məyus etmək istəməyib.
Leyla Kərimli deyir ki, keçən yay həyat yoldaşı həbs ediləndən sonra o, məsələyə beynəlxalq aləmin diqqətini cəlb etmək kampaniyasını təşkil edənlərdən olub.
Bu işdə təkcə o, yox, Emin Milli və Adnan Hacızadənin dostları, Amerikada Emin və Adnanı tanıyan və onların dəyərlərinə inanan müxtəlif adamlar da iştirak edib.
Bundan başqa Adnan Hacızadənin atası Hikmət Hacızadə Azərbaycan prezidenti ilə görüşməyə hazırlaşan Amerika prezidenti Barak Obamaya məktub yazmaq ideyasını irəli sürüb.
Amma məktubdan sonra Obama Əliyevlə görüşdə məsələni qaldırsa da, bloggerlər hələ də həbsdədir.
Leyla Kərimli deyir ki, Amerika prezidentinin administrasiyasının davranışındakı məntiqə anlayışla yanaşır:
“Mən başa düşürəm ki, bütün başqa prezidentlər kimi Obama administrasiyasının da əsas məqsədi Azərbaycanda azadlıq uğrunda mübarizə aparmaq, yaxud bloggerləri qorumaq deyil.
ONLARIN ƏSAS MƏQSƏDİ ÖZ ÖLKƏLƏRİNİN MARAQLARINA XİDMƏTDİR”
Leyla Kərimlinin fikrincə Obama-Əliyev görüşündən sonra bloggerlərin azadlığa buraxılmaması Obama administrasiyasının bu iş üçün az can yandırması demək deyil.
“Sadəcə beynəlxalq sistem indi belə işləyir. Azərbaycan hökuməti xaricdən, beynəlxalq aləmdən olan təzyiqlərdən sığortalanıb.
Beynəlxalq sistemin çox soyuqqanlı məntiqi var”.
Leyla Kərimli deyir ki, indi onlar bloggerlərin müdafiəsi ilə bağlı kampaniyaya incəsənət adamlarını qoşmaq istəyirlər.
AZƏRBAYCAN HÖKUMƏTİNİN ÖZÜNÜ NARAHAT HİSS ETMƏSİ İLƏ NƏTİCƏLƏNƏR
O düşünür ki, “eşşək videosu” bloggerlərin həbsinin yalnız bir mümkün səbəbi ola bilər.
Onun sözlərinə görə, həyat yoldaşının gücü onun müstəqil şəxs olması, heç bir partiyaya qoşulmaması, cəmiyyətdə diskussiyalar yaratmağa çalışması, sosial şəbəkələrdə aktiv olması, Azərbaycanda təhsilin və informasiya texnologiyalarının inkişafı haqda müzakirələr açmasında, dinc yolla cəmiyyətdə dəyişikliklər yaratmaq istəyində olub.
“Azərbaycanda yalnız siyasiləşmiş şəxslər cəzalandırılmır. Yetər ki, cəmiyyətdə fəal bir fiqur olasan. Müstəqil düşünməyin yetər ki, səni cəzalandırsınlar”.

Dalğa gənclər hərəkatının üzvləri Bakıda prezident aparatının qarşısında bloggerlərin azadlığı tələbilə aksiya keçirir. 2010-cu ilin yayı
Onun fikrincə, əgər dünyada tanınan sənətçilər azərbaycanlı bloggerlərin azadlığa buraxılması üçün daimi çağırışlar etsələr, bəlkə də bloggerlər azadlığa çıxmasa da, ən azı onların çağırışları AZƏRBAYCAN HÖKUMƏTİNİN ÖZÜNÜ NARAHAT HİSS ETMƏSİ İLƏ NƏTİCƏLƏNƏR