ABŞ prezidenti Barak Obama “Böyük İyirmilər” ölkələrinin Seulda keçirilən sammitində dünya iqtisadiyyatının bərpasını sürətləndirmək üçün dünya liderlərini
fikir ayrılıqlarını kənara qoyaraq əməkdaşlığa çağırıb.
Məzənnə siyasəti və büdcə kəsiri iki günlük sammitin əsas müzakirə mövzusu olacaq.
Birləşmiş Ştatlarla Avropa Birliyi Çini öz mallarını ucuzlaçdırmaq üçün Yuanın məzənnəsini qəsdən aşağı salmaqda ittiham edirlər.
Çin və digər ölkələr isə Birləşmiş Ştatları ötən həftə iqtisadiyyata daha 600 milyard dollar ayırmaqda günahlandırırlar.
Bu ölkələr hesab edir ki, bu addım ticarətin stimullaşdırılmasına yönəlib.
Bu arada Cənubi Koreya bəyan edib ki, tərəflər hələ ki, əsas məsələlərin həllindən çox uzaqdırlar.