Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:35

Əli Həsənov: 7 noyabr seçkisi tam ədalətli, demokratik və şəffaf seçkidir


«Azərbaycanda keçirilən parlament seçkisinə ABŞ Dövlət Departamentinin verdiyi qiymətə təəccüblənir və təəssüflənirik».

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov noyabrın 10-da jurnalistlərə açıqlamasında belə deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan hakimiyyəti ona görə təəccüblənir və təəssüflənir ki, Dövlət Departamentinin açıqlamasında müəyyən subyektiv mülahizələrə yol verilib: «Bu seçki dəyərləndirməsi əksər beynəlxalq təşkilatların dəyərləndirməsindən xeyli fərqlənir. Azərbaycan hakimiyyətini xüsusən «seçkinin beynəlxalq normalara uyğun keçirilməməsi» mülahizəsi təəssüfləndirir.

7 noyabr seçkisi tam ədalətli, demokratik və şəffaf seçkidir. Bütün müşahidəçilər, o cümlədən ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İnsan Hüquqları üzrə Varşava İnstitutu, MDB Seçki Müşahidə Missiyası, Türkdilli Ölkələrin Parlament Assambleyası və digər qurumdan olan müşahidəçilərin əksəriyyəti 7 noyabr seçkisini şəffaf, ədalətli seçki kimi dəyərləndirib. Belə bir açıqlama veriblər ki, məntəqələrin 90 faizində seçki yaxşı təşkil olunub, 10 faizində müəyyən nöqsanlar qeydə alınıb. Biz də bunu təbii hal sayırıq. Hesab edirik ki, bu seçki əvvəlki seçkilərlə müqayisədə daha proqressiv şəraitdə keçirilib. Seçkidə bütün maraqlı siyasi tərəflər, ictimai qurumlar, bitərəf namizədlər iştirak edib. Seçki geniş debat şəraitində keçib, təşviqat müddətində bütün tərəflərə bərabər şərait yaradılıb». /Mediaforum/

XS
SM
MD
LG