Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:46

Luçano Pavarotti anılacaq



Noyabrın 11-də Azərbaycan Dövlət Filarmoniyasında opera müğənnisi Luçano Pavarottinin 75 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Filarmoniyadan Lent.az-a verilən məlumata görə, konsertdə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov və Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konserti idarə etmək üçün dirijor Viktor Ploskin dəvət olunub.

Konsertdə İlham Nəzərovla yanaşı italyan tenor Danilo Formasia, Brüssel Operasının solisti Svetlana Sozdatelyeva, Minsk Operasının solisti Alla Ploskinanın da çıxışı nəzərdə tutulub. Pavarotti 2007-ci ildə 72 yaşında vəfat edib
XS
SM
MD
LG