Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:36

Hərbi Akademiyanın keçmiş müdavimi intihar edib



Bu gecə saat 01:30 radələrində Göygöl rayonunda intihar olub. Balçılı kənd sakini 1991-ci il təvəllüdlü Elgün Balakişiyev özünü asıb.

Göygöl rayon prokuroru Füzuli Əliyev AzadlıqRadiosuna bildirib ki, mərhumun meyitini ailə üzvləri yaşadığı evin tavanından asılmış vəziyyətdə aşkarlayıblar.

Elgün Balakişiyev Hərbi Akademiyanın müdavimi olub. O, ruhi xəstəli olduğuna görə bu il akademiyadan çıxarılıbmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG