Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 05:31

«MSK-ya seçkilərin nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb»


Məzahir Pənahov
Məzahir Pənahov
“MSK-ya hansısa qeyri-adi, seçkilərin nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin ilkin nəticələrini açıqlayarkən belə deyib.

O bildirib ki, gün ərzində səlahiyyətli nümayəndələrlə namizədlərin bir-birindən narahatlığını ifadə edən aktlar faks vasitəsilə MSK-ya daxil olub.

M.Pənahov deyir ki, ölkə üzrə 5314 dairənin 4981-dən protokollar dairə seçki komissiyalarına çatdırılıb.

AzadlıqRadiosu əməkdaşının seçkilərdə pozuntularla bağlı MSK-ya şikayətlərin olub-olmamasına dair sualına M.Pənahov belə cavab verib:

“MSK-ya rəsmi heç bir müraciət daxil olmayıb. MSK-ya daxil olan müraciətlər vaxtında araşdırılıb, cavab veriləcək. Seçkilər Seçki Məcəlləsinin tələblərinə cavab verən şəraitdə keçirilib”.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG