Keçid linkləri

2026, 18 Fevral, çərşənbə, Bakı vaxtı 13:37

Əmircanda ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Suraxanı rayon Dövlət Yol Polisinin Tağım komandiri Zamir Mehdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, qəza günorta saatlarında Nəqliyyat küçəsində qeydə alınıb.

“Hyundai Tucson” markalı maşın “VAZ 2106” markalı avtomobillə toqquşub.

Nəticədə bir nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənin şəxsiyyəti bilinməsə də, onun “Jiquli”nin sürücüsü olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma gedir.
XS
SM
MD
LG