Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:37

Seçkinin nəticələri gecə saatlarından açıqlanacaq


Məzahir Pənahov
Məzahir Pənahov
«Seçkilərin nəticələri noyabrın 7-dən 8-nə keçən gecədən başlayaraq elan ediləcək. Məntəqələrdən informasiyalar alındıqca, MSK-nın internet səhifəsində yerləşdiriləcək».

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, artıq seçkiyə hazırlıq başa çatmaq ərəfəsindədir:

«5 milyon bülleten çap edilərək ölkə üzrə bütün məntəqələrə paylanıb. Seçici siyahılarında dəqiqləşdirmələr son anadək davam edəcək. Bütün proseduraları sadələşdirmişik ki, vətəndaşlar öz səsvermə haqlarından yararlana bilsinlər».

MSK sədri onu da bildirib ki, 47 minə yaxın yerli müşahidəçi ilə bərabər seçki prosesini 1029 beynəlxalq müşahidəçi izləyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG