Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:46

İ Əliyev: «Metro o sahə deyil ki, oradan gəlir gözləyəsən»


«Metro o sahə deyil ki, ora investisiya qoyasan və oradan gəlir gözləyəsən».

Bunu prezident İlham Əliyev noyabrın 4-də Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunmuş iclasda çıxış edərkən deyib.

Metronun şəhər nəqliyyatının 30 faizini təşkil etdiyini vurğulayan prezident bildirib ki, Bakı metrosunda gediş haqqı həm digər nəqliyyat vasitələrindən, eyni zamanda, bütün MDB məkanında olan ölkələrdən ucuzdur. Hər bir sərnişin üçün xərclənən vəsait 49 qəpik olsa da, gedişhaqqı 15 qəpikdir. Yəni bu, birbaşa dövlət tərəfindən ayrılan subsidiyalardır.

Prezident əlavə edib ki, metro o sahə deyil ki, ora investisiya qoyasan və ordan gəlir gözləyəsən. «Amma buna baxmayaraq insanların rahatlığı və şəhər nəqliyyatının tənzimlənməsi üçün biz bunu edirik».

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə bildirib ki, uzunmüddətli perspektiv inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən, 76 stansiyadan və 119 kilometr metro xəttindən ibarət olacaq.
XS
SM
MD
LG