Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

Məzahir Pənahov: “İstənilən şəxs namizədliyini geri götürə bilər ”


“Bütün dünyada seçkilərdə çoxlu sayda namizəd iştirak edir, onların da seçkilərlə bağlı bir planları, tədbirləri olur. Bu məsələdə əsasən siyasi partiyalar öndə olur. Onlar seçki ilə bağlı özlərinin planlarını həyata keçirirlər. Onların atdığı addımlar müvafiq partiyanın atdığı minimum-maksimum addımlara xidmət edir”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəzi namizədlərin təşviqat kampaniyasını dayandırması, namizədliyini geri götürməsi, bəzi partiya nümayəndələrinin isə seçkidə qanun pozuntuları olacağı ilə bağlı bəyanat verməsinə münasibət açıqlayarkən deyib.

M. Pənahov bu kimi məsələlərə MSK sədri olaraq şərh verməyinin düzgün olmadığını bildirib:

“Ancaq dünyada qəbul olunmuş bir ənənə var ki, müəyyən namizədlər seçki marafonunda namizədliklərini geri götürürlər. Burada qəbahətli bir şey yoxdur. Ancaq istənilən ölkədə şəxs namizədliyini geri götürürsə, əvvəlcə özünün seçkidə nə qədər nailiyyət əldə edəcəyini ölçüb-biçəndən sonra qərar qəbul edir”.

7 noyabr parlament seçkiləri ilə bağlı 741 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Həmin şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. Hazırda deputat olmaq üçün 125 yer uğrunda mübarizəni 688 namizəd davam etdirir.

/APA/
XS
SM
MD
LG