Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Ramiz Mehdiyev: “Azad seçki mühiti yaradılıb”


“Azərbaycanda parlament seçkilərində iştirak edən bütün namizədlərin bərabər şərtlər çərçivəsində mübarizə aparması təmin edilir”.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mediyev noyabrın 4-də jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

R.Mehdiyev bildirib ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsi, siyasi qüvvələrin, namizədlərin prosesdə iştirakı üçün bərabər şərait, azad mühit yaradılıb.

Ramiz Mehdiyev deyib ki, hakimiyyət seçki ilə bağlı üzərinə düşən öhdəliyi tam yerinə yetirir: “Bütün siyasi qüvvələr seçkidə iştirak edir, vətəndaşların iradələrinin seçki bülletenlərində öz əksini tapması üçün azad mühit yaradılıb”.

Prezident Administrasiyası rəhbərinin sözlərinə görə, məntəqələrdə qurulan 500 müşahidə kamerası seçkilərin şəffaflığını təmin edir: “Tətbiq edilən müasir seçki texnologiyası Azərbaycandakı seçki prosesini daha da təkmilləşdirir. Onun azad və ədalətli keçirilməsinə yaxşı töhfə verir. Bu isə Azərbaycanda demokratiyanın yeni bir uğurudur”.

Ramiz Mehdiyev onu da vurğulayıb ki, seçkilərdə medianın üzərinə mühüm bir vəzifə də düşür və onlar öz qərəzsiz fəaliyyətləri ilə seçki prosesinin ədalətli təbliğini təmin etməlidirlər.

/Media forum/
XS
SM
MD
LG