Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:54

Seçkiləri 48 mindən çox müçahidəçi izləyəcək


Azərbaycanda parlament seçkilərini 48000-dən çox müşahidəçi izləyəcək.

Bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 125 dairə üzrə seçkiləri müşahidə etmək üçün MSK-da 3406 nəfərdən artıq müşahidəçi qeydiyyatdan keçib.

Dairələr üzrə seçkiləri müşahidə etmək üçün isə 32390 nəfər müşahidəçi qeydə alınıb.

Müşahidəçilərin ümumi sayı 48000 nəfərdən artıqdır.

MSK sədri bildirib ki, seçkilərin gedişini ümumilikdə 48 ölkədən 1009 beynəlxalq müşahidəçi izləyəcək.
XS
SM
MD
LG