Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Neftçalada seçki insidenti


61 saylı Neftçala Seçki Dairəsindən namizədliyini irəli sürmüş Əflatun Əhmədzadə (“AXCP-Müsavat” seçki bloku) AzadlıqRadiosuna bildirib ki, noyabrın 2-i saat 17.00-da Mirqurbanlı kəndində görüş keçirərkən polis görüşə gələnləri dağıdıb, 2 nəfəri həbs edib: “Dairə Seçki Komissiyasının sədri Xaləddin Rzayev isə deyir ki, görüşə yer ayrılmayıb”.

Neftçala rayon polis şöbəsindən hadisə ilə bağlı məlumat vermədilər.

61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Xaləddin Rzayev isə AzadlıqRadiosuna bildirib ki, həmin kənd seçicilərlə görüş üçün ayrılmış yerlərin siyahısına salınmayıb. Buna görə də görüş qanunsuz keçirilib.

Xaləddin Rzayev görüşə polisin müdaxilə etmədiyini, heç kimin həbs edilmədiyini də bildirib.
XS
SM
MD
LG