Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:25

Avropa təhlükəsizlik tədbirlərini gücləndirir


Avropa ölkələri hava nəqliyyatında təhlükəsizlik tədbirlərini gücləndirir. Bir neçə gün əvvəl Yəməndən ABŞ-a gedən təyyarədə partlayıcı qurğu olan iki bağlayıcı tapılıb.

Böyük Britaniyada əl yükündə printerlər üçün kartridclərin təyyarə salonuna keçirilməsi qadağan edilib. Britaniya aeroportları həmçininYəmən və Somalidən yük reyslərini qəbul etməyəcək.

Almaniya Yəməndən uçan istənilən təyyarə üçün hava məkanını bağlayıb.

Ötən həftə Dubay və Britaniya aeroportlarında tapılan bağlamaların Əl-Qaidə tərəfindən göndərildiyi ehtimal olunur. Bağlamalar Çikaqodakı yəhudi icmalarına ünvanlanıbmış
XS
SM
MD
LG