Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 16:06

Serbiya prezidenti gələn həftə Xorvatiyaya gedəcək

Serbiya prezidenti Boris Tadiç gələn həftə Xorvatiyaya səfəri zamanı Vukovar şəhərinə də baş çəkəcək.

1991-ci ildə bu şəhərdə serb və xorvat birləşmələri arasında amansız döyüş olub.

O, Xorvatiya mətbuatına müsahibəsində deyib ki, həmin vaxt şəhərin serb birləşmələri tərəfindən ələ keçirilməsindən sonra öldürülmüş yüzlərlə xorvatın xatirəsini yad etmək fikrindədir.

Tadiç qeyd edib ki, bu faciə, bir də heç zaman təkrar olunmamalıdır.
This item is part of
XS
SM
MD
LG