Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 18:27

Boliviya İranla atom elektrik stansiyası tikmək istəyir


Boliviya prezidenti Evo Morales ölkəsinin İranın köməkliyi ilə atom elektrik stansiyası tikmək planını təsdiqləyib.

Onun sözlərinə görə, layihə dinc məqsədlər üçün nəzərdə tutulub.

Morales həmçinin qeyd edib ki, Boliviyada uran ehtiyyatı var və o bunu başqa ölkələrə də ixrac edə bilər.

Boliviya ilə İran arasında sıx əlaqələr mövcuddur.

Ölkə parlamentinin İranla 1,2 milyard dollarlıq əməkdaşlıq müqaviləsini ratifikasiya edəcəyi gözlənilir.
XS
SM
MD
LG