Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:30

İngiltərədə uşaqlara ən çox Məhəmməd adı qoyurlar


Məhəmməd adının 14 müxtəlif yazılış forması məlumdur. Onlardan da 12-si uşaqlara verilib
Məhəmməd adının 14 müxtəlif yazılış forması məlumdur. Onlardan da 12-si uşaqlara verilib
İngiltərədə və Uelsdə yeni doğulan uşaqlara ən çox Məhəmməd adı qoyurlar. Bu ad hətta ən çox qoyulan ənənəvi Cek və Harri kimi məşhur adları belə üstələyib.

Rəsmi məlumatlara əsasən, 2009-cu ildə Məhəmməd adı 7549 uşağa verilib.

İkinci ən çox qoyulan ad isə Oliverdir. Bu ad 2009-cu ildə 7364 uşağa verilib. Sonrakı yerləri Cek, Harri və Alfi adları tutur.

Məhəmməd adının 14 müxtəlif yazılış forması məlumdur. Onlardan da 12-si uşaqlara verilib.

Milli Statistika Komitəsi müxtəlif cür yazılan Məhəmməd adlarının hamısını birlikdə toplamayıb. Ona görə də Mohammed ən çox uşaqlara verilən ad kimi 16-cı yeri tutub – 3300. Muhammad kimi yazılan ad isə 2162 uşağa qoyulub. Ancaq bütün 12 yazılışını toplayanda ən çox qoyulan ad kimi çıxır.

Son 14 ildə İngiltərə və Uelsdə ən çox qoyulan ad isə Cek olub. Qızlarda isə ən çox qoyulan ad Oliviya olub. Sonrakı ən çox qoyulan qız adları isə bunlardır - Rubi, Xloe, Emili və Sofi.

Britaniya əhalisinin yalnız 3 faizi müsəlmandır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG