Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Fransa pensiyaya görə yaş həddini qaldırır


Fransa parlamenti pensiyaya görə yaş həddinin 60-dan 62-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

336 nəfər qanun layihəsinin lehinə, 233 nəfərsə əleyhinə səs verib.

Sənədin qüvvəyə minməsi üçün, onu prezident Nikole Sarkozi də təsdiq etməlidir.

Fransanın həmkərlar ittifaqları cümə axşamı ölkədə ümummilli tətil keçirməyi planlaşdırır.

Amma son günlər ölkədə etiraz aksiyalarının səngidiyi müşahidə olunur.
XS
SM
MD
LG