Keçid linkləri

2026, 20 Aprel, bazar ertəsi, Bakı vaxtı 20:19

Vatikan Tariq Əzizə ölüm cəzası verilməsinə etiraz edir

Roma Katolik Kilsəsi Səddam Hüseynin vaxtında İraqın xarici işlər naziri və baş nazirin müavini olmuş Tariq Əzizin ölüm hökmünə qarşı çıxıb.

Bu haqda Romada Vatikan təmsilçisi Federiko Lambardi məlumat verib.

Tariq Əzizə ölüm cəzası verilməsinə Avropa Birliyi və hüquq-müdafiə təşkilatlı Amnesty İnternational da etiraz edib. Hökmün icrasının tarixi məlum deyil.

Tariq Əziz haqda ölüm hökmü oktyabrın 26-da çıxarılıb. Bundan əvvəl isə o başqa ittiham üzrə 15 il həbs cəzası almışdı.

This item is part of
XS
SM
MD
LG