Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

"Öldürülən yazarlar" sərgisi açılır


Özge Mumcu
Özge Mumcu
Oktyabrın 30-da İstanbuldakı TÜYAP mərkəzində açılacaq beynəlxalq kitab və rəsm yarmarkasında Türkiyədə qətlə yetirilən yazar və jurnalistlərlə bağlı sərgi nümayiş etdiriləcək.

Sərginin təşkilatçısı - "Uğur Mumcu araşdırmaçı jurnalistika vəqfi"nin icraçı direktoru Özgə Mumcunun Azadlıq Radiosunun "Oxu zalı"na müsahibəsi



Sual:
Atanız Uğur Mumcu 24 yanvar 1993-cü ildə qətlə yetiriləndə Türkiyədə böyük çalxantılar olmuşdu.

Daxili işlər naziri İsmət Sezgin Uğur Mumcunun qatillərini tapmaq üçün “namus sözü” versə də, qatillər 7 ildən sonra yaxalana bildi. Bu sərgini açma ehtiyacı haradan yarandı?


Cavab: Uğur Mumcu araşdırmaçı jurnalistika fondunun nəşriyyatı 2007-ci ildən bəri baş redaktorumuz Orhan Tüleylioğlunun redaktəsində “Nədən öldürüldülər?” adlı silsilə kitablar çap edir.

İndiyə qədər 5 kitab çapdan çıxıb. Atamın jurnalist-yazar olmasını nəzərə alaraq, biz bu kitabları qəzet formatında çapa hazırladıq ki, insanlar Türkiyədəki qətlləri heç vaxt unutmasınlar.

Kitablarımızdan biri düşünənlərin öldürülməməsi, öldürülənlərin unudulmaması ilə bağlıdır.

Türkiyədə üstü açılmayan bir çox cinayət var. Biz də bunları ictimaiyyətə xatırlatmaq üçün bu sərgini açmağa hazırlaşırıq.

Sual: 70-ci illərdən üzü bəri Türkiyədə “ziyalı” məfhumu gündəliyə gələndə ən çox 2 adamın adı çəkilir:

Əziz Nesin və Uğur Mumcu. Ziyalının cəmiyyətdəki mövqeyi nöqteyi-nəzərindən baxanda atanızın bu günkü yerini necə qiymətləndirirsiniz?


Cavab: Uğur Mumcunun adı Türkiyədə hamının konsensusa vardığı bir isimdir.

Atamın dəfn mərasimini xatırlayanda onun cəmiyyətdəki mövqeyi də ortaya çıxır. Atamın gücü- üstü açılmayan qətllərlə bağlı cəsur araşdırma aparmasında idi.

Bu cür araşdırmaları aparan bir adamın eyni səpkili bir cinayətə qurban getməsi atamın adını simvollaşdırır.

Biz atamın işini davam etdirməyə çalışırıq.

Sual: Mumcudan 6.5 il sonra professor Əhməd Taner Kışlalı qətlə yetirildi.

Törədilən qətllərin üstünün gec açılması və ya heç açılmaması qatilləri daha da cəsarətləndirirmi?

Cavab: Canilərin yaxalanması və məhkəmə prosesləri bu işlərin nə qədər uzandığını göstərir.

İttihamnamələr gec yazılıb məhkəmələrə gec təqdim edildiyinə görə, çox vaxt proseslər də ictimaiyyətin gündəliyindən çıxır. Mən heç bir məhkəmə hökmünün ədalətli olduğunu düşünmürəm.

Vaxt keçdikcə faktları yox etmək də asanlaşır.

Sual: Bu gün də həbsdə olan yazar və jurnalistlər var. Məsələn, “Cümhuriyyət” qəzetində atanızın yazdığı köşədə yazan Mustafa Balbayın həbsxanadakı fəryadlarına qulaq asan yoxdur.

Tuncay Özkan da o cür. Bu nöqteyi-nəzərdən baxanda nə demək istərdiniz?


Cavab: Düşünən adamlar üzərində təzyiq həmişə davam edir.

Sual: Türkiyəni nəzərdə tutursunuz, yoxsa dünyanı?

Cavab: Məncə, biz dünya ilə bağlı danışırıq. Yəqin ki, bunların Azərbaycanda da örnəkləri vardır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG