Aqşin YENİSEY
Roman yazmayan, buna baxmayaraq, XX əsr dünya ədəbiyyatında romançılardan daha çox maraq doğuran Argentina yazıçısı Borxesin Buenos-Ayresin “arka sokaklarından” bəhs edən silsilə hekayələri onun yaradıcılığında ayrıca bir xətt təşkil edir.
Bu hekayələrdə Borxesin esselerinə xas olan dərin biliklərə söykənən intellektual mülahizələr, yaxud yazıçının digər əsərləri üçün xarakterik olan dumanlı yaddaşaqayıtma və yuxugörməni xatırladan korsayağı təsvirlər deyil, əsasən, bu şəhərin ispanəsilli sakinlərinin milli-mental, patriarxal ənənələri qabardılır.
Bu sakinlər üçün istənilən problemin kəsə yolla çözümü dueldir.
Ölüm hökmü Tanrının yox, insanların əlindədir. Hər kəs eyni zamanda həm qurban, həm də cəlladdır.
Yaşamaq üçün vacib şərtlərdən biri öldürə bilmək ustalığına yiyələnməkdir. Kişilər yataqda belə, tapança və bıçaqla yatırlar.
Qanun adət-ənənə qarşısında acizdir. Xalq prokurorun yox, qatilin tərəfindədir.
O, qələmsiz-kağızsız yaratdığı milli adətini istənilən kağız-kuğuzdakı yazılı qanundan uca tutur. Adət-ənənənin bəxş etdiyi ölüm, qanunun qorumağa çalışdığı həyatdan min qat şərəflidir. Adət kişilər, qanun nakişilər üçündür. Bir qadını sevən və sevgisində israr edən iki kişidən biri ölümə məhkumdur.
Heç vaxt evlənməyən, qoca anasıyla yaşayan Borxesin təsvir etdiyi bu mənzərələr bir suyundan eynən bizim milli, patriarxal ənənələrimizə, o ənənlərimizə ki, sovetlər dönəmində zor gücünə də olsa zəifləyən, hətta unudulan və imperiya dağılan kimi xalqımızın yenidən üz tutduğu qoçuluq, xəncərgəzdirmə, başqasının arvadını qaçırma, toğlu oğurluğu kimi ənənələrimizə çox oxşayır.
Rus əsarəti zamanında az-çox qanunlarla yaşamağa meyillənən biz Qafqaz türkləri, bu gün qazandığımız AZADLIĞI, sanki, uzun illər həsrətini çəkdiyimiz köhnə milli adətlərə qayıtmaq üçün əlimizə düşən girəvə səviyyəsinə endirmişik.
Bizim AZADLIĞIMIZDA, sanki, növbəti əsarət qorxusu var, elə bil, imperiya tanklarının gurultusu hələ də qulaqlarımızdan çəkilməyib.
Uzaqdan baxanda bu, AZADLIQDAN daha çox iki əsarət dövrü arasındakı tənəffüs anına bənzəyir.
Bu, elə bil, AZADLIQ yox, müvəqqəti dustaq gəzintisidir; qaçmaq, doyunca hava udmaq, əlindən alınmış adi insani ayın-oyunu, heç olmasa, xəyalən dada bilmək üçün bir girəvədir.
Ona görə bu gün Azərbaycanda hər kəs bu girəvədən – AZADLIQDAN – yalnız özünü qorumaq, xilas etmək üçün yararlanır.
AZADLIQ bizə, sanki, heç vaxt görmədiyimizi, geymədiyimizi, yemədiyimzi fürsət düşmüşkən tezbazar, əlimyandıda görmək, geymək, yemək üçün lazımdır, sanki, AZADLIQ adlı bu fürsəti yenə əlimizdən alacaqlar.
Azadlığımızın AZADLIQ olduğuna şübhə edirik.
AZADLIQ Azərbaycan müəlliminə hansı yolla olur-olsun varlanmaq üçün lazımdır, çünki o, tələbəsinin uğurlu gələcəyini yox, özünün hər şeydən məhrum vələmyesir keçmişini düşünür.
AZADLIQ Azərbaycan tələbəsinə avaralanmaq, gününü keçirmək üçün lazımdır, çünki o, gələcəyinin gəlib-gəlməyəcəyinə hələ də əmin deyil, müəlliminin miskin keçmişindən isə az-çox xəbəri var.
Kafalarda “AZADLIQ – indilikdir, bugünlükdür, birgünlükdür” düşüncəsi hakimdir, onun dünəni olmadığı kimi, sabahı da olmaya bilər.
Bu indilik, bugünlük, birgünlük istəklər üçün qanun əl vermir, belə istəklər üçün xalq adətlər yaradıb və indilik, bugünlük, birgünlük istəklər üçün yaradılan adətlər xalqın əbədiliyinin təminatçısıdır.
Xalq tarixin sınağından qanunlarla yox, adətlərlə çıxır.
Məsələn, qanun, səhv etmirəmsə, on səkkiz yaşına çatmamış qızla evlənməyə icazə vermir, bu zaman adət qanuna əvvəlcə rüşvət təklif edir ki, onun indilik, bugünlük, birgünlük sevgisinə, bu sevgini reallaşdıran hərəkətlərinə əngəl olmasın, on səkkiz yaşına çatmamış qızı qaçırıb gərdəyə soxmasına göz yumsun.
Çünki adət xalqdan doğub-törəməyi tələb edir.
Belə bir toplumda rüşvəti götürməyən qanun təklənir və xalq onu parlamentdə səs qoydurub döşündən süd verdiyi millət vəkilləri vasitəsilə başına oyun açır, çünki belə qanun fərdin – on səkkiz yaşına çatmamış qızın - tərəfindədir, xalqın yox. Adətin isə fərdi görməyə gözü yoxdur, o, xalq üçündür.
Buna görə parlamentdə xalqın seçdiyi qanunqayıran deputatla, tutalım, Əhəd Abıyevlə üz-üzə gəlməyin qorxusundan tük tökən qanun rüşvəti əlüstü götürür və hətta adətlə əl-ələ verib böyük bir xalqın indilik, bugünlük, birgünlük xoşbəxtliyini sənədləşdirir.
Bu minvalla get-gedə adət qanuna deyil, qanun adətə tabe olur. O, qanun keşikçisi olmaqdan çıxıb adətə cangüdənlik edir.
Buna görə Azərbaycanda istənilən qanun layihəsi müzakirə edilərkən, ilk növbədə, onun dünyəviliyi yox, milli adətlərimizə uyğun olub-olmaması gözdən keçirilir.
Və bu gün qanunlarla deyil, adət-ənənələrlə idarə olunan ölkəmizdə - günü-gündən çiçəklənən, qəzəbin bıçaqla, sevginin pulla, qəhrəmanlığın qoçuluqla reallaşdığı ölkəmizdə AZADLIĞIN başqa bir adı da var – bu CİNAYƏTKARLIQDIR; adət-ənənə cinayətkarlığı.
qafqazinfo.az