Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:29

Venesuela İrana 780 milyon dollar yatırım qoyacaq


Venesuela İranın cənubundakı neft yatağının istismarına 800 milyon dollara yaxın investisiya qoymaq fikrindədir.

Bu barədə “Cənubi Fars” yatağı üzrə layihənin rəhbəri Həmid Əkbəri bildirib.

O, Venesuela prezidenti Uqo Çavesin bu yaxınlarda İrana səfəri zamanı tərəflər arasında belə bir razılaşma imzalandığını deyir.

Layihənin detalları hələlik açıqlanmayıb.

Uqo Çavesin İrana səfəri zamanı əməkdaşlıq sahəsində 11 razılaşma imzalanıb.
Hər iki ölkə dünyanın ən böyük neft istehsalçılarından biridir.
XS
SM
MD
LG