Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Məzahir Pənahov müşahidə missiyasının nəyindən narazıdır?


Məzahir Pənahov
Məzahir Pənahov
«ATƏT-in seçkiləri müşahidə missiyasının ilk hesabatında dəqiq olmayan məlumat vermək meyli hiss etdim».

Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, yerlərdə icra orqanlarının seçki kampaniyasına müdaxiləsi barədə MSK-ya heç bir müraciət daxil olmayıb:

«Hesabatda ünvan göstərilməyən, konkret olmayan fikirlər var. Bütün beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-in müşahidə missiyası ilə də əməkdaşlıqda maraqlıyıq. Bunu açıq şəkildə bildiririk».

MSK sədri əlavə edib ki, hesabatda dövlət orqanlarının hədə-qorxusu haqda deyilənlər də həqiqətə uyğun deyil:

«Bu, mənim üçün sürprizdir. Bu səpkidə bir dəfə də olsun müraciət daxil olmayıb. Bizə daxil olan müraciətləri də jurnalistlərə çatdırıram. MSK üzvləri də bu haqda məlumatlandırılır».

M.Pənahov bildirib ki, hesabatda ciddi müxalifət kimi təqdim olunan blokların 135 namizədi qeydiyyata alınıb, Yeni Azərbaycan Partiyasının namizədlərinin sayı isə 111 nəfərdir.

M.Pənahov deyib ki, qeyri-dəqiq məlumatların arxasında hansısa məqsədlər dayanır və bu, təsadüfü ola bilməz.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG