Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:01

İki opponentin Azərbaycan haqda düşüncələri…


Mirmahmud Fəttayev
42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən deputatlığa namizədlər Mirmahmud Fəttayev və Musa Qasımlı «Panorama» verilişinin qonaqları olublar. Namizədlər həm Sumqayıtın problemlərindən, həm də ölkədəki ümumi şəraitdən bəhs ediblər. Onların səsləndirdiyi fikirlərdən bəzi məqamları oxuculara təqdim edirik.

Mirmahmud Fəttayev:

«ƏDALƏTLİ CƏMİYYƏTİN YOLU «YALANA YOX!» DEMƏKDƏN KEÇİR…»


«Azərbaycanda rüşvətsiz, korrupsiyasız cəmiyyət qurulmalıdır. Ədalətsizliyə qarşı bir qınaq olmalıdır. Belə bir cəmiyyətin qurulması «Yalana yox!» deməkdən keçir. Nə qədər ki, vətəndaş qınağı ortalığa qoyulmayıb, yalan baş alıb gedir, problemlər həll edilməyəcək. Təriflə, bəlağətli fikirlərlə problemlər həll edilməyəcək. Ortalığa siyasi iradə qoyulmalıdır. Problemlər adı ilə, yeri ilə deyilməlidir və onun həlli tələb edilməlidir. Əslində, seçici də bunu istəyir…»

Musa Qasımlı
Musa Qasımlı:

«AZƏRBAYCAN KASIBLAR ÖLKƏSİ OLMAMALIDIR…»

«Korrupsiya» sözünün mənası «iylənmiş» deməkdir. Bu, olmamalıdır. Korrupsiyanı heç kəs müdafiə edə bilməz. Ancaq mən bolşevizmin, radikallığın da əleyhinəyəm. Hesab edirəm ki, Azərbaycan kasıblar ölkəsi olmamalıdır. Varlı insanların ölkəsi olmalıdır. Ancaq təbii ki, startda hamıya bərabər imkanlar yaradılmalıdır. Yekunda təbii ki, hamı varlı olmayacaq. Biri milyonçu olacaq, biri də müflisləşəcək. Ancaq dövlət də onun qayğılarını, sosial təminatını öz üzərinə götürməlidir…»

XS
SM
MD
LG