Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:37

Prezident bölgələrə 6 milyon manat ayırdı



Oktyabrın 21-də prezident İlham Əliyev Ağcabədi, İmişli, Saatlı və Qusar rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ağcabədi-Qaradolaq-Kəbirli, İmişli-Qaravəlli-Mirili, Saatlı-Musalı-Məzrəli və Həzrə-Zuxul avtomobil yollarının yenidən qurulması məqsədilə Ağcabədi, İmişli, Saatlı və Qusar rayon icra hakimiyyətlərinin hər birinə ilkin olaraq 1,5 milyon manat (ümumilikdə 6 milyon manat) məbləğində vəsait ayrılıb.
XS
SM
MD
LG