Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 10:29

Yol polisi içkili maşını uzaqdan biləcək


Videokameralı polis radarı
Videokameralı polis radarı

Rusiyada Daxili İşlər Nazirliyinin sifarişi ilə lazerli alkohol testeri hazırlanır.

Nazir müavini Sergey Gerasimovun verdiyi məlumata görə, yol milisi uzaqda durub, bu lazer cihazı ilə, saatda 120 km-dək sürətlə gedən avtomobilin salonunda spirt buxarının varlığını müəyyən edə biləcək.

Yəni milis uzaqdan biləcək ki, maşında içkili adam var ya yox. Bundan sonra həmin maşın saxlanacaq və yoxlanacaq ki, içən sürücüdürmü?

"Buton" adlı cihaz oktyabrın sonunda Moskvada sərgidə nümayiş olunacaq.

Ancaq sürücülərin içib-sürməyi tərgitməsinə hələ bir il vaxtları olacaq.
Cihazın ilk sınaq nümunələri gələn ilin noyabrında buraxılacaq.

Lazer tester iki variantda buraxılacaq – mobil və stasionar. Əldə gəzdirilə bilən mobil cihazın qiyməti təxminən 10 min dollar olacaq.

Rusiyada belə cihaz yaradılandan sonra onun tezliklə Azərbaycanın da yol polisinə çatacağı şübhəsizdir.
Cihazın bahalığını nəzərə alanda problem təkcə onun sayında ola bilər.
XS
SM
MD
LG