Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 08:23

Bloqqerin şikayətinə gələn ay baxılacaq


Bloqqer Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə apelyasiya baxışı noyabrın 15-ə təxirə salınıb. İclasda tərəflərin razılığı ilə iş məhkəmə baxışına qəbul olunub.

Prosesdə Vəkil İsaxan Aşurov məhkəmə kollegiyasından Adnan Hacızadənin dəmir barmaqlıqlar arxasında deyil, vəkilin yanında əyləşməsini xahiş edib. Hakim Sahibxan Mirzəyev bildirib ki, bu məsələyə növbəti prosesdə baxılacaq.

Adnan Hacızadə digər bloqqer Emin Milli ilə birgə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı müraciəti birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayıb.
XS
SM
MD
LG