Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:52

ATƏT seçkilərlə bağlı ilkin hesabatını açıqlayıb


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda seçkiqabağı vəziyyətə dair ilkin hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, bu il Azərbaycanda Seçki Məcəlləsinə düzəlişlər edilsə də təşkilatın tövsiyələrinə məhəl qoyulmayıb.

Sənəddə bildirilir ki, seçki komissiyalarının tərkibinin hazırkı formulu mübahisəli qalır. Hakim partiyadan qeydə alınmış namizədlərlə müxalif və müstəqil namizədlərin sayı arasında böyük fərq var. Vətəndaşların namizədlər barəsində məlumat almaq imkanları məhdudlaşdırılıb.

Televiziya kanalları daha çox hakimiyyətin fəaliyyətini işıqlandırır, müxalifət liderlərinə, çox az yer ayrılır, sərbəst toplaşma azadlığı məhdudlaşdırılır.

ATƏT-in Demokratik Təhsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli missyası Azərbaycanda sentyabrın 19-dan fəaliyyətə başlayıb.

Seçki ərəfəsində isə qısamüddətli müşahidəçilərdən ibarət böyük nümayəndə heyəti gələcək.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG