Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:11

İraqın baş naziri Türkiyəyə gedir


İraqın baş naziri Nuri əl Maliki region ölkələrinə səfəri çərçivəsində bu gün Türkiyəyə gedir.

O, bir daha bu vəzifədə qalmaq üçün qonşularından dəstək almağa çalışır.

Maliki Misirdə səfərdə olarkən, vəzifədə qalacağı halda region ölkələrinin İraqın bərpasında iştiraklarına imkan yaradacağını vəd edib.

İraqda parlament seçkilərinin üstündən 7 ay keçməsinə baxçayaraq ölkədə hələ də yeni hökumət yaradılmayıb.

Qeyd edək ki, bu seçkilərdə keçmiş baş nazir İyad Ələvinin rəhbərlik etdiyi koalisiya, əl Malikinin blokunu azacıq səs çoxluğu ilə qabaqlayıb.
XS
SM
MD
LG