Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 14:55

İsraillə Fələstin arasındakı problemin həllində “sehirli formul” yoxdur


ABŞ dövlət katibi Hilari Klinton deyir ki, İsraillə Fələstin arasındakı problemi həll etmək üçün "sehirli formul" yoxdur, nəticə əldə etmək üçün çox çalışmaq lazımdır.

Vaşinqtonda Fələstin müdafiə qrupu ilə danışan Klinton deyib ki, baş nazir Benjamin Netanyahu və Fələstin lideri Mahmud Abbas bunu ikilikdə həll etməlidilər. Fələstin tərəfi danışıqları İsrailin İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisini davam etdirməsindən sonra təxirə salıb.

Təxminən iki ay əvvəl ABŞ-ın vasitəçiliyindən sonra danışıqlara start verilib.
This item is part of
XS
SM
MD
LG