Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Quş ovuna qadağa qalxdı


Azərbaycanda quş ovuna qadağa aradan götürüldü. Bu barədə Nazirlər Kabineti Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti Birliyinin, əhalinin ölkədə çöl quşlarının ovuna icazə verilməsi barədə müraciətlərinə baxandan sonra qərar verib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, 2006-cı ildən etibarən ölkənin quşçuluq təsərrüfatlarında, eləcə də qoruq və su hövzələri ərazilərində aparılan çoxsaylı monitorinqlər nəticəsində quş qripi xəstəliyi müəyyən edilməyib. Hazırda quş qripi ilə bağlı ölkədə epizootik vəziyyəti tam sabitdir. Buna görə də, ov etmək olar. Nazirlər Kabineti bu qərara gəlib.

Dövlət Komissiyası, eyni zamanda, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinə, digər müvafiq qurumlara tapşırıb ki, ölkədə quş qripi ilə əlaqədar vaxtaşırı monitorinqlərin aparılmasına, həmçinin “Fövqəladə tədbirlər planı”nın tələblərinin həyata keçirilməsinə nəzarəti davam etdirsinlər.
XS
SM
MD
LG