Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) beş nəfərdən ibarət nümayəndə heyəti oktyabrın 19-dan növbəti 3 gün ərzində Bakıda seçkiqabağı missiyanı həyata keçirəcək.

Nümayəndə heyəti 7 noyabr 2010-cu il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək, seçki qanunvericiliyini və seçkiqabağı kampaniyanı qiymətləndirəcəklər.

Nümayəndə heyətinə Pol Villenin (Belçika, Avropa Liberallar və Demokratlar Alyansı) rəhbərlik edir.

Oktyabrın 21-dək nümayəndə heyəti ölkə Prezidenti İlham Əliyev, parlamentin spikeri, daxili işlər naziri və seçkilərdə iştirak edən siyasi partiyaların və koalisiyaların nümayəndələri, vətəndaş cəmiyyəti və bir sıra şəxslərlə görüşəcək. Ancaq «AXCP-Müsavat» siyasi partiyalar blokunun liderləri müşahidə missiyası ilə görüşdən imtina edib. Blokun bəyanatında bildirilib ki, buna səbəb Avropa Şurasının müvafiq strukturlarının, xüsusən də AŞPA-nın son illər Azərbaycanda keçirilən seçkilərlə bağlı prinsipial mövqe nümayiş etdirməməsidir.

Blokun iddiasına görə, Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafı istiqamətində üzərinə düşən missiyanı yerinə yetirmir.
XS
SM
MD
LG