Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

Xəyal TV də təşviqata qoşulub


Daha bir regional televiziya ödənişli təşviqata qoşulub. Bu, Qubanın “Xəyal” Televiziyasıdır.

Bununla da ödənişli təşviqat kampaniyasına qoşulan televiziyaların sayı biri internet TV olmaqla 12-yə çatıb. Ümumilikdə ödənişli təşviqata qoşulan Kütləvi İnformasiya Vasitələrinin (KİV) sayı 63-dür. Onlardan 38-i qəzet, 13-ü də agentlikdir.

118 seçki dairəsindən olan namizədlər İctimai TV-nin, qalanları isə Naxçıvan TV-nin pulsuz efir vaxtından istifadə edə bilərlər. Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsi üzrə namizədlərə təşviqat üçün Naxçıvan Dövlət Televiziyasında yer ayrılıb.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 15-də keçirilən iclasında verilib. Qərara görə, dəyirmi masalarda iştirak edən namizədlərin hər birinə çıxış üçün 4 dəqiqə vaxt verilir. Dəyirmi masalar seçki dairələrinin say ardıcıllığına əsasən təşkil olunur. Namizədlər isə qeydə alınma ardıcıllığı ilə danışırlar.
XS
SM
MD
LG