Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:07

«AXCP-Müsavat» seçki blokunun mitinqinə icazə verilmədi



Bakı Şəhər icra Hakimiyyəti «AXCP-Müsavat» seçki blokunun 17 oktyabr aksiyasına icazə verməyib. Meriya müxalifətin göstərdiyi yerlərdə aksiya keçirilməsini məqsədəuyğun hesab etməyib.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.
«Əvvəlkindən fərqli olaraq cavabda şəhər kənarındakı yerlər də təklif olunmur və bildirilir ki, namizədlər üçün görüş yerləri ayrılıb. Bu faktiki olaraq seçki dövründə sərbəst toplaşma azadlığı ilə bağlı qadağanın aradan qaldırılmadığını göstərir».

F. Qəhrəmanlı bildirib ki, aksiya ilə bağlı yekun qərar blok rəhbərliyinin bu günkü toplantısından sonra açıqlanacaq.

O, AXCP-Müsavat blokunun aksiya keçirməkdə qərarlı olduğunu deyib: «Bizim hazırlıqlarımız razılaşdırılmış aksiyaya olub. Əgər 17 oktyabrda olmasa biz növbəti tarixə aksiya təyin edəcəyik. Və bu halda Bakı Şəhər İcra Hakimiyyətinin qərarından asılı olmayaraq biz sərbəst toplaşma haqda qanunun tələbinə uyğun olaraq aksiya keçirəcəyik».

AXCP-Müsavat bloku meriyaya müraciət edərək aksiyanı siyasi məhbuslara azadlıq, söz, mətbuat, sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə şəhər mərkəzindəki bir sıra park və meydanlarda aksiya keçirmək niyyətində olduğunu bildirmişdi.
XS
SM
MD
LG