Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:39

AŞPA həmməruzəçiləri Azərbaycana gəlir


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debno Qrex və Pedro Aqramunt Fon de Mora noyabrın 5-də Azərbaycana gələcəklər.

Qrex bildirib ki, səfərdə məqsəd noyabrın 7-də keçiriləcək parlament seçkilərini izləməkdir. O, AŞ PA-nın qısamüddətli missiyası ilə birlikdə səsvermənin gedişini müşahidə edəcəklərini deyib. Səfərin yekunları əsasında həmməruzəçilərin hesabat hazırlayacaq. Səfər noyabrın 9-da başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG