Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 19:35

NATO-nun yeni strateji konsepsiyası müzakirə olunur


NATO-nun baş katibi Andres Foq Rasmussen Avropa Birliyində raket əleyhinə müdafiə sistemi yaradılması ideyasını dəstəkləməyə çağırıb.

O, belə bir bəyanatla NATO ölkələrinin müdafiə və xarici işlər nazirlərinin bu gün Brüsseldə keçirilən toplantısında çıxış edib.

Brüssel görüşündə NATO-nun yeni strateji konsepsiyası müzakirə olunur.

Söhbət terrorçuluq və mümkün raket hücumları da daxil olmaqla, yeni təhlükələrin qarşısını almaqdan gedir.

Yeni konsepsiya ilə bağlı yekun qərar noyabrda təşkilatın Lissabonda keçiriləcək sammitində qəbul edilməlidir.
XS
SM
MD
LG